Satılır – 3 otaqlı mənzil | Yusif Səfərov küçəsi | Sahil MTK
Xətai rayonu, Yusif Səfərov küçəsində, Otdıx restoranının və Leyla Şıxlinskaya Klinikasının yaxınlığında, Crystal Plaza-nın arxasında yerləşən Sahil MTK-da yüksək keyfiyyətlə təmir olunmuş 3 otaqlı mənzil satışa təqdim olunur.
📍 Mərtəbə: 9/17
📐 Sahə: 135 m²
🛏 Otaq sayı: 3
📄 Çıxarış (Kupça): Var
🔨 Təmir: Var
Mənzil zövqlə və keyfiyyətli materiallarla təmir olunub. Döşəmə bahalı təbii ağac parketdir. Mətbəx mebeli Həsənoğlu istehsalıdır. Mənzildə olan bütün qarderob və şkaflar da Həsənoğlu tərəfindən xüsusi sifarişlə yığılıb. Hamam-sanitar qovşaqlarında istifadə olunan kafel və metlaxlar yüksək keyfiyyətli İspaniya istehsalıdır.
İnfrastruktur baxımından əlverişli ərazidə yerləşir. Ətrafında məktəb, uşaq bağçası, supermarketlər, restoranlar və digər iaşə obyektləri mövcuddur. Yaşamaq və investisiya üçün ideal seçimdir.
Xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir.