Sea Breeze yaxınlığında, 6-cı və 8-ci dalan arasında yerləşən bu eksklüziv bağ evi prestijli mühitdə komfortlu həyat axtaranlar üçün ideal seçimdir. 6 sot torpaq sahəsində inşa edilmiş 300 kv.m-lik, 2 mərtəbəli ev 6 otaqdan və 4 sanuzeldən ibarətdir. Evin 3 yataq otağında qarderob mövcuddur, master yataq otağı isə ayrıca sanuzel və geniş qarderobla təchiz olunub.
Mülk şəxsi istifadə üçün yüksək keyfiyyət standartlarına uyğun tikilib. Döşəmələr bahalı qranitlə işlənib, həyət tam beton əsas üzərində keramik örtüklə tamamlanıb, eksteryer dizaynda işıqlandırma və vizual estetika xüsusi vurğulanıb.
Həyətdə hovuz, yay mətbəxi, manqal zonası, geniş terras, yaşıllaşdırılmış sahə və uzaqdan idarə olunan giriş qapıları mövcuddur. Texniki təchizat olaraq su quyusu, su çəni, 2 su motoru və 2 kombi sistemi quraşdırılıb.
Evdə çox az yaşayış olub və faktiki olaraq yeni vəziyyətdədir. Kupçalı və tam əşyalı satılır. Dənizə yaxın, seçkin qonşuluq mühitinə malik bu mülk həm rahat yaşayış, həm də uzunmüddətli investisiya baxımından dəyərli seçimdir.
Qiymət: 650.000 AZN
Ofis haqqı: 1%