Tibb Universitetinin, Ege Hospitalın, ASAN Xidmətin, Olimpik Star İdman və Əyləncə Mərkəzinin, Niaqara Restoranının və Avrasiya Klinikasının yaxınlığında yerləşən yeni tikili 17 mərtəbəli binanın 14-cü mərtəbəsində tam təmirli mənzil satışa təqdim olunur.
Mənzilin ümumi planlaşdırılması olduqca rahat və funksionaldır. Daxili hissə geniş holl, işıqlı və geniş qonaq otağı, 2 yataq otağı, mətbəx, sanitar qovşaq və eyvandan ibarətdir. Təmir zamanı yüksək keyfiyyətli və bahalı tikinti materiallarından istifadə olunub, mənzil şəxsi yaşayış məqsədilə zövqlə təmir edildiyindən hər bir detal xüsusi diqqətlə işlənib.
Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir. Çıxarış (kupça) mövcuddur, bütün sənədlər tam qaydasındadır və alqı-satqıya hazırdır. Ofis haqqı 1% təşkil edir.