Tibb Universitetinin yaxınlığında, Azadlıq prospekti və keçmiş Teymur Əliyev küçəsinin kəsişməsində, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı mənzil kirayə verilir. Mənzilin ümumi sahəsi 85 kv.m-dir, tam təmirlidir və daxilində yaşayış üçün lazımi bütün əşyalar və məişət avadanlıqları mövcuddur. İstilik sistemi kombidir. Qiyməti 750 AZN.
Yerləşdiyi ərazi infrastruktur cəhətdən çox əlverişlidir. Tibb Universitetinə, klinikalar, böyük supermarketlər, apteklər, kafe və restoranlara piyada məsafəsindədir. Yaxınlıqdakı dayanacaqlardan şəhərin müxtəlif istiqamətlərinə və metrostansiyalara rahat nəqliyyat əlaqəsi var. Tələbələr, həkimlər və ailələr üçün çox əlverişli və ideal bir variantdır.