Tibb Universitetinin yanı, Asan Xidmət, Ege Hospital, Olimpik Star, Niaqara restoranı və Qızlar Universitetinin yaxınlığında yerləşən yeni tikili binada tam təmirli və hər bir şəraiti olan 2 otaqlı mənzil kirayəyə verilir. Mənzil geniş holl hissəsindən, mətbəxdən, işıqlı qonaq otağından, rahat yataq otağından, sanuzel və eyvandan ibarətdir.
Yaşayış üçün zəruri olan bütün mebel və məişət avadanlıqları ilə təmin olunub. Binada kommunal xidmətlər daimi və problemsizdir, yaşayış üçün olduqca əlverişli ərazidə yerləşir. Tibb Universiteti, xəstəxanalar, universitetlər, marketlər və ictimai nəqliyyat vasitələrinə yaxın olması mənzili daha da cəlbedici edir. Mənzil yalnız real, səliqəli və məsuliyyətli şəxslərə uzunmüddətli kirayə verilir. Aylıq kirayə haqqı 800 manat, əlavə olaraq 40 manat komendant ödənişi mövcuddur. Şirkətin xidmət haqqı mövcuddur.